Medianews.az
Azərbaycanın iki rəsmi gündəlik qəzeti birləşdi
145 baxış

Azərbaycanın iki rəsmi gündəlik qəzeti birləşdi

Azərbaycanın iki rəsmi gündəlik qəzeti birləşib. Medianews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Prezidentin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının bütün hüquq və öhdəlikləri, habelə əmlakı idarənin tabeliyində olan “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilib. “Xalq qəzeti”nin əsası 1919-cu ildə qoyulub, “Respublika” qəzeti 1990-cı ildə yaradılıb.

Bizə qoşulun