18.06.2025, 09:18
176 baxış
Azad
Azərbaycanda əhalinin təbii artımı 13,2 faiz geriləyib
Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-aprel aylarında Azərbaycan əhalisinin təbii artımı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz geriləyib, hər 1000 nəfərə 3,3 artım qeydə alınıb.
Medianews.az bildirir ki, əhalinin təbii artımı doğum-ölüm nisbəti əsasında hesablanır. 2025-ci ilin ilk dörd ayında 1000 nəfərə 9,4 doğum rəsmiləşib. Bu, dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildən bəri ən pis göstəricidir.
1000 nəfərə doğumda son azalma 2023-cü ildən başlayıb. 2022-ci ildə 1000 nəfərə 12,2 doğum düşdüyü bəyan olunub. 2023-cü il 11,1 doğum, 2024-cü il 10 doğumla bitib.
Yanvar-aprel aylarında 1000 nəfərə 6,1 ölüm düşüb. 1997-ci il eyni göstərici ilə yekunlaşıb. Bundan pis göstəricilər də var. 1991, 2005, 2006 və 2007-ci illərdə 1000 nəfərə 6,2 ölüm, 1992-ci ildə 7,1 ölüm, 1993-cü ildə 7,2 ölüm, 1994-cü ildə 7,3 ölüm, 1995-ci ildə 6,7 ölüm, 1996-cı ildə 6,3 ölüm, 2020-ci ildə 7,6 ölüm, 2021-ci ildə 7,7 ölüm sənədləşib.
Toğrul Əli,
Medianews.az
Paylaş: