17.06.2025, 13:10
221 baxış
Azad
Doğum, ölüm, nikah, boşanma - Dörd aylıq hesabat
2025-ci il mayın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 236 min 227 nəfərə çatıb.
Medianews.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-aprel aylarında 31462 doğum, 20535 ölüm halı, 14953 nikah, 6784 boşanma qeydə alınıb.
2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə doğulanların 6 faiz, ölənlərin 1,6 faiz, boşanmaların 4,8 faiz azaldığı, nikahların 7,3 faiz artdığı vurğulanır.
Toğrul Əli,
Medianews.az