10.06.2025, 08:50
161 baxış
Lamiyə
Dilimlənmiş supermarket meyvələri nə ilə təhlükəlidir?
Supermarketdən alınan dilimlənmiş meyvələr ishala səbəb ola bilər.
Medianews.az xəbər verir ki, bu barədə İspaniyanın Qida Təhlükəsizliyi və Qidalanma Agentliyinin mütəxəssisləri bildirib.
Mütəxəssislərin fikrincə, meyvələrin qabığı qoruyucu funksiyanı yerinə yetirir. Bıçaqla zədələndikdə mikroblara qarşı maneə qırılır. Üstəlik, təhlükə patogenlərlə yoluxma halında meyvələrin görünüşünü və qoxusunu dəyişdirməməsidir.
Şöbə xəbərdarlıq edib ki, dilimlənmiş meyvə yemək salmonella və E. coli infeksiyasına səbəb ola bilər. Ona görə də insanda ishal, yüksək hərarət, ürəkbulanma, qusma, yorğunluq və halsızlıq kimi əlamətlər varsa, dərhal həkimə müraciət etməlidir.
Medianews.az
Paylaş: