Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Xaqani Cəfərli bildirib ki, hərbi əməliyyatlarda dronlardan ilk dəfə 1999-ci ildə, NATO-nun Yuqoslaviyada həyata keçirdiyi “İttifaq gücü” əməliyyatı zamanı istifadə olunub: “Həmin dövrdən sonra ABŞ bir sıra hərbi əməliyyatlarda və antiterror əməliyyatlarında dronlardan istifadə edib. Dronlardan ilk dəfə kütləvi şəkildə istifadə olunması isə 2020-ci ildə Vətən müharibəsi zamanı baş verib. Bu mənada İkinci Qarabağ müharibəsi tarixə ilk “dron müharibəsi” kimi düşə bilər.
Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi başlanandan Ukrayna Silahlı Qüvvələri dron texnologiyasından çox fəal istifadə edir. Hətta Rusiya ordusunun uğursuzluğunu Ukraynanın dronlardan uğurla istifadə etməsi ilə izah edən hərbi ekspertlər var”.
X.Cəfərli vurğulayıb ki, iyunun 1-də Ukraynanın Rusiyanın dərinliklərində strateji aviasiya bazalarına qarşı həyata keçirdiyi dron hücumu tamamilə yeni mərhələdir: “Bu, dron müharibəsindən daha çox süni intellekt vasitəsilə əməliyyatın keçirilməsidir. Bu hadisə hərbi əməliyyatların tarixində yeni mərhələnin başlanğacıdır və geriyə dönüşü yoxdur. Zamanla süni intellektlə hərəkət edən dronlardan daha geniş istifadə olunacağını proqnozlaşdırmaq olar. Əminliklə söyləmək olar ki, Misir məmlüklərinin monqol ordusunu məğlub etdiyi, tarixin dönüşü müharibəsi hesab olunan Əyn Cəllud (Eyn Calut) döyüşü ilə başlanmış artilleriya dövrü sona çatıb. Bundan sonra süni intellektlə hərəkət edən, müstəqil qərar qəbul edən dronların əsri başlanır. Yəqin ki, bir neçə ildən sonra minlərlə insanın içərisində hədəfini DNK ilə tapıb vuracaq “ağıllı” mərmi və yaxid kiçik dronlar da reallığa çevriləcək”.
Nailə Qasımova,
Medianews.az
05.06.2025, 10:15
103 baxış
Azad
Artilleriya dövrü sona çatıb, “ağıllı dron” əsri başlanır - Politoloq
2020-ci ilin Vətən müharibəsində Azərbaycan dron texnologiyalırndan geniş istifadə etdi. Hətta bəzi ekspertlər 44 günlük müharibəni dünya tarixində ilk “dron müharibəsi” kimi xarakterizə edirlər. Üç ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsində isə dron texnologiyalarının tətbiqi gündən-günə güclənir. İyunun 1-də Ukraynanın Rusiyanın dərinliklərində strateji aviasiya bazalarına süni intellektə malik dronlarla zərbə endirilməsi “dron müharibəsinin” yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirilə bilərmi? Gələcəyin, özü də çox yaxın gələcəyin müharibələrinin faktiki olaraq yalnız dronların savaşından ibarət olacağını ehtimal etmək mümkündürmü? Belə demək olarmı ki, süni intellektə malik silahlar, ilk növdə də dronlar gələcəkdə orduların arsenalında əsas, bəlkə də yeganə silaha çevriləcək?