Medianews.az
Xalq artistinin təzyiqi qalxdı: <span style=color:red>Xəstəxanaya yerləşdirildi - FOTO
94 baxış

Xalq artistinin təzyiqi qalxdı: Xəstəxanaya yerləşdirildi - FOTO

Rusiyanın Xalq artisti, görkəmli rejissor Svetlana Drujinina son bir ayda iki dəfə təcili olaraq tibb müəssisəsinə aparılıb. Xəstəxanaya yerləşdirməyə səbəb paytaxtda hökm sürən anomal istilərin yaratdığı qan təzyiqinin kəskin dəyişməsi olub. Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb. 89 yaşlı sənətçi tənəffüs çətinliyindən, oksigen çatışmazlığından və qan təzyiqinin 170-100-ə çatmasından şikayətlənib. Sonuncu xəstəxanaya yerləşdirmə 28 may 2025-ci ildə olub. Həkimlərin səyi nəticəsində onun vəziyyəti stabilləşib və evə qayıtmasına icazə verilib. Bu ilin yanvar ayında Svetlana Drujinina əvvəllər diaqnoz qoyulmuş ağciyər xərçəngi fonunda inkişaf edən kəskin bronxitdən müalicə aldığı xəstəxanada təxminən 11 gün qalıb. Svetlana Drujinina məşhur sovet və rus aktrisası, istedadlı kinorejissor, ssenarist və kino prodüseridir.

Bizə qoşulun