26.05.2025, 09:45
101 baxış
Lamiyə
Balıqçı 100 il əvvəl batan gəmi TAPIB
ABŞ-nin Viskonsin ştatında balıqçı Kristofer Tuss təsadüfən 100 ildən çox əvvəl batmış gölün dibində yedək gəmisini görüb.
Medianews.az xəbər verir ki, Tuss gözlənilməz kəşfi Miçiqan gölündə sonardan istifadə edərkən edib.
Qalıqları barədə Viskonsin Tarixi Cəmiyyətinə məlumat verib və öyrənib ki, JC Ames yedək gəmisini tapıb.
Viskonsin ştatının tədqiqat koordinatoru Keytlin Zantın sözlərinə görə, tapıntı gəminin ölçüsünə görə unikaldır - uzunluğu 49 metr. O izah edib ki, yedək gəmiləri adətən 15-30 metr uzunluğunda olur. Məlumdur ki, JC Ames 1881-ci ildə taxta daşımaq üçün tikilib və 1932-ci ildə qəsdən batırılıb.
Zant qeyd edib ki, gəmi cəmi üç metr dərinlikdə yerləşdiyi üçün onu öyrənmək asan olacaq. O, JC Ames-in niyə bu qədər böyük tikildiyini öyrənməyi planlaşdırır.
"Düşünürəm ki, mənim adım batmış gəmilərdən birini tapan şəxsin adı kimi tarixə düşəcək" - deyə Tuss etiraf edib.
Məlum olub ki, ailəsində belə bir kəşf edən tək o deyil. 2015-ci ildə onun nənəsi üç gündə üç batmış gəmi aşkar edib.
Medianews.az