Medianews.az
Bitkilər <span style=color:red>"qışqırır"
115 baxış

Bitkilər "qışqırır"

Alimlər bildiriblər ki, bitkilər həqiqətən də "qışqırır". Belə ki, onlar stress keçirəndə səs çıxarır. Medianews.az-ın məlumatına görə, tədqiqatçılar hesab edir ki, bitkilər insanların düşündüyü qədər səssiz deyil. Elm adamları aşkar ediblər ki, zədələnəndə və yaxud su çatışmazlığı olduqda, bitkilərin hamısı insanın eşidə bilməyəcəyi ultrasəs diapazonda ağrıdıcı səslər, yəni qışqırtı və şaqqıltı yayır. Bu siqnallar digər orqanizmlər üçün, üstəlik, müxtəlif şəraitdə yetişən bitkilərin özləri üçün çox vacib məlumat mənbəyidir. Təl-Əviv Universitetində çalışan bioloq Lilah Hadaninin rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən aparılmış araşdırmalar göstərib ki, bitki növlərinin hamısı stress zamanı "qışqırtılarla, qəribə şaqqıltı ilə müşahidə olunan səs siqnalları yayır". Pomidorlanın, tütün bitkilərinin üzərində müxtəlif şəraitlərdə aparılmış təcrübələr əsnasında müəyyən edilib ki, susuzluq və mexaniki zədələnmə dövrlərində bütün növ bitkilərdə aktivlik səviyyəsi yüksəlir. Bu sahədə elmi qeydlərin əksəriyyəti səs keçirməyən kameralarda və istixanalarda aparılıb, daha sonra əldə olunan analizin cavabını tamamilə dəqiqləşdirmək, yəni deşifrə üçün müasir texnologiyaya malik olan maşının öyrənmə alqoritmlərindən istifadə edilib. Lilah Hadani mövzu ilə bağlı sadə bir izah verib. O, deyib: "Tamamilə sakit bir sahədə belə bizlərin eşitmədiyi, lakin məlumat daşıyan səslər var". Hadaninin sözlərinə görə, bitkilərin səs çıxarması intensivliyə, tezliyə görə dəyişir və ətrafa bir saatda onlarla qışqırıq səsləri yayılır. Lilah Hadaninin, onun alim həmkarlarının fikrincə, bitkilərin mənşəyi kavitasiya ilə əlaqəli ola bilər ki, bu da toxumalardakı hava balonlarının "qəzalar nəticəsində" çökməsi proseslərindən qaynaqlana bilər. Alimlər onu da qeyd ediblər ki, ən maraq doğuran məqam bu siqnalların görünən solğunluq əlamətlərindən çox əvvəl baş verməsidir. Bu isə eyni zamanda təhlükə hiss edən ərəfədə tam müdafiə məqsədi daşımaqla məhsulun, konkret bitkinin sağlamlığına nəzarət etmək üçün yeni və unikal bir üsul olması anlamına gəlir. Təl-Əviv Universitetinin tədqiqatçıları deyiblər ki, bitkilər aləmində hələ kəşf edilməli çox şey olsa da, bir şey aydındır: bitkilər təsəvvür ediləndən daha da artıq "rezonanslı" və "səs-küylü" olur. Alimlər bununla bağlı, qədim əfsanələrdə təsvir olunmuş, lakin daim insanlar üçün mistik görsənən informasiyaların əslində elmi əsaslara söykəndiyini də bildiriblər. "Bitkilərin səsləri eşidiləndən sonra artıq yeganə sual ondan ibarətdir ki, görəsən, onları əvvəllər başqa kimlər eşidib, başa düşüb, bunu dəqiq bilmirik. Ancaq yenə də maraqlıdır, bitkiləri anlayan və duyan insanlar olubmu? Söz yox ki, məntiqlə və elmi baxımdan bu suala cavab vermək də mümkün deyil, lakin ola da bilsin, qədim dövrlərdə belə adamlar olub". Medianews.az

Bizə qoşulun