Medianews.az
Qazaxıstanda Türk Dövlətləri Təşkilatına qarşı növbəti qərar <span style=color:red>QƏBUL OLUNDU
167 baxış

Qazaxıstanda Türk Dövlətləri Təşkilatına qarşı növbəti qərar QƏBUL OLUNDU

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərdən bəziləri (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan) bu ayın əvvələrində Avropa İttifaqı ilə iqtisadi razılaşmalardan sonra yunan Kiprinin (Kipr Respublikası) ərazi bütövlüyünü tanıdı. Bu fonda isə TDT Ağsaqqallar Şurasının 17-ci iclasını Şimali Kipr Türk Respublikasında keçirmək qərara alınıb. İclas ərəfəsində Qazaxıstan bu qurumla bağlı qərar qəbul edib. Yenicag.az xəbər verir ki, Qazaxıstan parlamenti “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinə dəyişikliklər edilməsi haqqında Protokolun ratifikasiyası haqqında” qanun qəbul edib. Qanunda Ağsaqqallar Şurası haqqında əsasnamənin “təsdiqlənməyəcəyi”, Xarici İşlər Nazirləri Şurası tərəfindən ona “razılıq veriləcəyi” qeyd olunub. Bununla, TDT-nin Ağsaqqallar Şurası qurum olaraq zəiflədilib. Əgər Ağsaqqallar Şurası əvvəlki kimi güclü olsaydı (sənədləri rəsmi təsdiqlənərək qəbul olunsaydı), bu iclasın nəticələri təşkilatın rəsmi mövqeyi kimi çıxış edə bilərdi, lakin indi Ağsaqqallar Şurasının qərarları sadəcə “razılıq verilən” sənədlər olacaq, yəni tam hüquqi təsdiqi olmayacaq. Qısası, Ağsaqqallar Şurası Şimali Kiprdə tədbir keçirə, bəyanatlar verə bilər, amma bu bəyanatlar Türk Dövlətləri Təşkilatının rəsmi və yekdil mövqeyi hesab etmək çətin olacaq.

Bizə qoşulun