Medianews.az
İlham Əliyevin "sevimli, qeyri-sevimli ölkələr" ifadəsi <span style=color:red>kimə cavab idi?
162 baxış

İlham Əliyevin "sevimli, qeyri-sevimli ölkələr" ifadəsi kimə cavab idi?

Avropa Komissiyası Cənubi Qafqazın öz-özünə "mühüm geosiyasi məkana çevrildiyini" düşünürsə, yanılır. Hər bir regionun coğrafi üstünlükləri var. Ancaq coğrafi üstünlüklər həmin regiona təbiətin, Tanrının verdiyidir. Coğrafi üstünlük geosiyasi üstünlüklərə məhz insan faktoru sayəsində çevrilir. Cənubi Qafqazın timsalında da belədir. Bu bölgənin təbii resurslarını, yerləşmə xüsusiyyətlərini mühüm geosiyasi məkana çevirən qüvvə var, lider var, lider ölkə var... Avropa Komissiyası bunu nəzərə almadan Mərkəzi Asiyanın resurslarını Cənubi Qafqazın üstündən Azərbaycanı görməzdən gələrək Avropaya daşımaq istəyir... Üstəlik, bunları əsasən Ermənistanın üzərindən həyata keçirməyə çalışır. Məsələn, bu günlərdə Səmərqənddə ilk Mərkəzi Asiya-Avropa sammiti keçirildi. Sammitdə Avropa Komissiyasının sədri Ursula fon der Leyenin bir fikri diqqəti çəkdi. Xanım dedi: "İnfrastrukturlar önəmli deyil. Əsas odur ki, Mərkəzi Asiya və Cənubi Qafqazın daxili sərhədlərini mümkün qədər sürətlə keçərək Qara dənizə çıxa bilək. Burada Ermənistanın Azərbaycanla və Türkiyə ilə sərhədlərinin açılması yeni mərhələ olacaq". Baxırsınız, vurğunu necə ustalıqla Ermənistanın üzərinə qoyur və Ermənistanı bölgənin nəqliyyat-tranzit mərkəzinə çevirmək istəyirlər. Düz adam olsaydılar, burada Azərbaycanın Zəngəzur dəhlizi də daxil Ermənistanla sərhədlərinin açılmasına vurğu etməli idilər... Ancaq yenə də özlərini dolaşdırırlar. Azərbaycansız Ermənistan bölgədə necə tranzit məkan ola bilər? Mərkəzi Asiyadan gələn yüklər Azərbaycansız Ermənistana necə keçə bilər? Ambisiyalarından keçib Azərbaycanın imkanlarını görmək istəmirlər... Ancaq Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetindəki beynəlxalq forumda sözünü ünvanlı dedi: Cənubi Qafqaz ölkələrini "sevimli, qeyri-sevimli ölkələrə" bölməyin! Avropa Komissiyası bu bölgənin reallıqlarını, əsas qüvvəsini obyektiv görməlidir... Aydın Quliyev, politoloq

Bizə qoşulun