Medianews.az
106 yaşlı qadın uzunömürlüyünün <span style=color:red> sirrini AÇIQLADI
158 baxış

106 yaşlı qadın uzunömürlüyünün sirrini AÇIQLADI

Britaniyada Barbara Collcutt adlı qadın 106 yaşını qeyd edib. Medianews.az xəbər verir ki, o, uzunömürlülüyünün sirrini açıqlayıb. Barbara Collcutt 1 aprel 1919-cu ildə, 1 aprel gülünc günündə anadan olub. Qadın bütün həyatı boyu tennisə həvəsli olub və 80 yaşına qədər oynayıb. O, cəmi iki il əvvəl Ledberi qocalar evinə köçüb. Collcutt uzunömürlülüyünün səbəbi kimi iki süd məhsuluna: yoqurt və dondurmaya olan sevgisini hesab edib. Bundan əlavə, o, yaxşı genetika sayəsində bu qədər uzun yaşadığına inanır. Yaşına baxmayaraq, Collcutt aktiv şəkildə sevimli hobbiləri ilə məşğul olur. Çox oxuyur, rəsm çəkir, musiqi dinləyir və televizorda heç vaxt tennis matçını buraxmır. Yaşını təbrik etməyə çoxlu sayda dost və qohum gəlib. Tədbirdə canlı musiqi səslənib və Kolkutta Kral III Çarlz və Kraliça Kamillanın təbrik məktubu təqdim olunub. Medianews.az

Bizə qoşulun