Medianews.az
8 Mart gününün hava proqnozu <span style=color:red>AÇIQLANIB
118 baxış

8 Mart gününün hava proqnozu AÇIQLANIB

Bakı və Abşeron yarımadasında hava proqnozu Martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Bu barədə Medianews.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-8, gündüz 13-18 dərəcə isti olacağı proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikasında hava şəraiti Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 15-20 dərəcə isti olacaq. Qarabağ və Şərqi Zəngəzur bölgəsində hava durumu Qarabağ və Şərqi Zəngəzur bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq. Gəncə-Qazax bölgəsində gözlənilən hava şəraiti Gəncə-Qazax bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 15-20 dərəcə isti olacaq. Şəki-Zaqatala və Quba-Xaçmaz bölgələrində hava proqnozu Şəki-Zaqatala və Quba-Xaçmaz bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq. Mərkəzi Aran bölgəsində hava şəraiti Mərkəzi Aran bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 17-22 dərəcə isti olacaq. Lənkəran-Astara bölgəsində hava durumu Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 13-18, dağlarda gecə 3-6, gündüz 11-16 dərəcə isti olacaq.

Bizə qoşulun