Medianews.az
ASAN imza çətinə düşüb - <span style=color:red>Səbəb nədir?
468 baxış

ASAN imza çətinə düşüb - Səbəb nədir?

Martın 3-ü səhər saatlarından Azərbaycanda “Asan İmza” ilə elektron xidmətlərə giriş qapanıb. Medianews.az xəbər verir ki, “Asan İmza” ən müxtəlif e-xidmətlərə daxil olmaq və rəqəmsal imzalar etmək üçün virtual məkanda fiziki və hüquqi şəxslərin istifadə etdiyi, onun kimliyini təsdiqləyən mobil imzadır. “Asan İmza”nın ən çox istifadə edildiyi e-xidmətlərdən yaralanmaq mümkünsüzdür. Səbəb də odur ki, e-xidmət “Asan İmza”nı qəbul etmir. Səhərdən “ASAN imza” xidmətinin 1847 qaynar xəttinə də düşmək olmur, qaynar xətt daima məşğul göstərir. Medianews.az məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə yaratmağa çalışsa da, hələ ki, problemin səbəbinə aydınlıq gətirə bilməyib. Dövlət Vergi Xidmətinin qaynar xəttindən problemin Azercell mobil operatorundan qaynaqlandığı bildirilib. Sayt Azercell-in mətbuat xidməti ilə rabitə qurmağa çalışsa da, bu, mümkün olmayıb. [gallery columns="1" size="full" link="file" ids="794956,794955,794954"]  

Bizə qoşulun