Medianews.az
Tunc dövrünün zərgərlik nümunələri <span style=color:red>tapılıb
93 baxış

Tunc dövrünün zərgərlik nümunələri tapılıb

Tunc dövründə zərgər məmulatları kosmik metaldan hazırlanıb və alimlərin fikrinə görə, Antik dövrün texnologiyaları düşünüldüyü kimi heç də bəsit olmayıb. Medianews.az xəbər verir ki, arxeoloqlar Polşada qazıntılar zamanı tapılan, tarixi çox qədim olan bilərziklərin tərkibində meteor dəmirin olduğunu aşkar ediblər. Alimlərin fikrincə, bu, heyrətamiz tapıntıdır. Çünki bu kəşf bir daha təsdiq edir ki, həmin dövrlərdə yaşamış qədim sənətkarlar Dəmir dövründən də çox-çox əvvəl artıq metal emalı texnologiyalarına yiyələnmişdilər. "Journal of Archaeological Science: Reports" nəşrində dərc edilmiş araşdırmada qeyd olunur ki, qədim qəbiristanlıqlarda tapılan oxşar dəfn ornamentləri tamamilə təhlil edilib. Tam tədqiq edilən 26 obyektdən üçündə kosmik meteor dəmiri var ki, bu da onun Tunc dövrünün sonlarında, həmçinin də erkən Dəmir dövründə istifadəsini təsdiqləyir. "Journal of Archaeological Science: Reports" nəşri yazır: "Geniş araşdırmalar göstərir ki, bəzəklər hazırlanan zaman ancaq bir meteoritdən istifadə edilib. Üstəlik də çox ehtimal ki, yerə düşən səma dəmiri nəticəsində həm də onun idxalına imkanlar yaranıb. Lakin bu, istisna hal da ola bilər". Arxeoloqların bu maraqlı tədqiqatı meteorit metal barədə elm aləmində daha yeni məlumatlar əldə etmək imkanları yaradır. Alimlərin irəli sürdüyü nəzəriyyəyə görə, həmin dövrdə meteor dəmirin istifadəsi onu göstərir ki, o vaxta qədər bu kosmik metal müqəddəs dəyərini itirmiş olsa da, heç də "toxunulmaz" qalmayıb. Beləliklə də, meteor dəmiri daima tələbatlı mala çevrilib və metallurgiya sahəsində geniş istifadəsi heç vaxt səngiməyib. Tədqiqatçılar qeyd ediblər ki, Tunc dövrü dəmirçilərinin hələ də elmə dəqiq məlum olmayan texnologiyaları heyrət doğurur. Alimlər hesab edirlər ki, qədim Tunc dövründə yaşamış dəmirçilər, peşəkar ustalar zərgərlik materiallarını gözəl və cəlbedici etmək məqsədilə insanlara məlum olan, xüsusilə də iki növ yer metalı üzərində naxışlar salmaqdan ötrü meteor dəmirdən istifadə ediblər.

Bizə qoşulun