27.02.2025, 08:29
154 baxış
Lamiyə
Timsahı tutub mitinqə GETDİLƏR
Hindistanın Karnataka ştatında fermerlər təhlükəli işi nümayiş etdirmək məqsədi ilə timsahı tutub mitinqə gediblər.
Medianews.az xəbər verir ki, Qobbur kəndindən olan fermerlər canlını kəndirlə bağlayıb öküz arabasında Gescom elektrik şirkətinin ofisinə aparıblar.
Onlar canlını Bhima çayı yaxınlığındakı tarlada tutublar.
Etiraz edənlərdən biri gecə vaxtı əkinləri sulayarkən tarlasında timsah görüb. O, fermer yoldaşları ilə birlikdə sürünəni tutub.
Gecə işləmək məcburiyyətində qalan fermerlər elektrik təchizatı qrafikində dəyişiklik etməyi tələb ediblər. Çünki indiyə qədər Gescom suvarma nasoslarını yalnız gecə saatlarında işləyib. Bu da fermerləri timsah və ilanların mümkün hücumlarına məruz qoyur.
Timsahın da iştirak etdiyi aksiya barədə məlumat alan polis hadisə yerinə gəlib və fermerləri timsahı meşə təsərrüfatı idarəsinə təhvil verməyə razı salıb. Təxminən 10 yaşında olan sürünən Gülbarğa şəhərindəki mini zooparka aparılıb.
Meşə təsərrüfatı idarəsinin rəsmisi onun xəsarət almadığını təsdiqləyib.