Medianews.az
“Qızıma dəstəyim lazım olsa canla-başla edərəm, balam zəhmətkeşdi” - <span style=color:red> Xalq artisti
256 baxış

“Qızıma dəstəyim lazım olsa canla-başla edərəm, balam zəhmətkeşdi” - Xalq artisti

Xalq artisti Kadir İnanırla görüşündən danışdı: “Bizim filmlərimizlə maraqlanırdı...” “Cənab prezidentin Qarabağa səfərlərinin hər birini izləyirəm. O nə paylaşırsa, çalışıram səhifəmdə də onları paylaşım. Prezidentimizin üzü güləndə bizim də üzümüz gülür, ürəyimiz sevinclə dolur. Bir sözlə onunla fəxr edirik. O cür sadə vətəndaşlarla görüşü, balı yeməyi, fabrikin xanımları ilə səmimi söhbəti və s. hamısı gözəldir. Mən bir sənət adamı kimi həmişə cənab prezidentimizin yanındayam. O mənə canımdan çox sevdiyim, uşağlığımı, gəncliyimi həsr etdiyim Şuşanı bizə geri qaytardı.. Şuşa hazırda böyük bir tikinti meydançasını xatırladır. Gecə-gündüz qızğın iş gedir, mədəniyyət müəssisələri, evlər, binalar tikilir, qədim abidələrimiz bərpa edilir. Bundan sonrakı arzularım artıq Şuşa ilə bağlıdır. Böyük məmnuniyyətlə gedib Şuşada yaşayaram, yaradıcılıqla məşğul olaram” Bunu Medianews.az-a açıqlamasında xalq artisti Firəngiz Mütəllimova deyib. O daha sonra Şuşa Dövlət Musiqili Dram Teatrında aktrisa olaraq çalışan, qızı adlandırdığı bacısı qızı Gülarə Məmmədovadan da danışıb. “Gülarə aktrisadır, rəssamdır. Uşaqlıqdan mənim yanımda böyüyüb. Qızıma əlbəttə ki, dəstəyim lazım olsa canla-başla edərəm. Amma mən sevinirəm ki, balam zəhmətkeşdir, işini sevəndir, tamaşalarda oynayır. Normadan da artıq məşğuldur. Allah təkcə sağlam can versin, gedib-gəlsin. Bilirsiniz də, bizim işimiz çətindir, ağırdır. Başlanğıcda daha çətindir. Rollar, tamaşalar çox olur. Yaşla uyğun olaraq yavaş-yavaş rollar azalır. Gənclikdə ifa etdiyin rolları axı yaşa dolanda ifa edə bilmirsən. Şükür Allaha ki, balam öz yolu ilə, zəhməti ilə addımlayır” deyə xalq artisti bildirib. Xalq artisti illər əvvəl məşhur türk aktyoru Kadir İnanırla görüşünü də xatırlayıb: “Yalan deyə bilmərəm, uzun müddətdir əlaqəmiz yoxdur. Xəstələnəndə bir dəfə meneceri ilə əlaqə saxlayıb, halını soruşmuşdum. Türkiyəyə gedəndə Kadir İnanırın çəkildiyi setə getmişdim. Bizim sənətimizi çox sevdiyini bildirmişdi. Hətta deyirdi ki, Babək rolunu oynasam ən böyük arzuma çatmış olaram. Bizim filmlərimizlə yaxından maraqlanırdı. Hətta serialda mənə də qonaq bir rol təklif etmişdi, mən isə o vaxt qəbul etməmişdim. Ona şəfalar diləyirəm. Bilirsiniz ki, axır vaxtlar bir neçə dəfə səhhəti pisləşdi, şükürlər olsun indi yaxşıdır. Dünyada 4 aktyor varsa biri də Kadir İnanırdır. Əlbəttə ki, film təklifi nə vaxtsa gələrsə sevə-sevə çəkilərəm. Ona can sağlığı arzulayıram. Kadir İnanırın yerişi, görünüşü bir dünyaya dəyər”. Əli Əsgər   

Bizə qoşulun