20.01.2025, 15:51
117 baxış
Azad
Anasından danışıb ağladı - VİDEO
"Mənim üçün həyatda ana və atadan başqa böyük qüvvə yoxdur. Hər şeyi anama görə əldə etmişəm. İstəyirəm onun üzü gülsün".
Medianews.az axşam.az-a istinadla xəbər verir ki, müğənni Rüfət Axundov "Gün ortası" verilişində deyib. Anasından danışan sənətçi kövrəlib:
"Hamı anasını sevsin. Düşünməsinlər ki, bu gün etməyim, sabah edərəm. Əldə etdiklərim üçün göydə Allaha, yerdə anama təşəkkür edirəm. Anam mənə hər zaman inanıb. Yaxınlarım belə məni ələ salırdı: harasa gedəndə deyirdilər, Rəşid gəldi. Bacım belə lağ edirdi ki, bərk danışma, səsin batar. Amma anam güvənirdi".