15.01.2025, 19:36
182 baxış
Nailə
Vəzifəli şəxs qəfil VƏFAT ETDİ
Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək ölüb.
Medianews.az "Report"a istinadən məlumat verir ki, 1978-ci il təvəllüdlü Şirin Məhərrəm oğlu Cəfərov "Nissan" markalı avtomobildə dünyasını dəyişib.
Qeyd edək ki, mərhum "Azərbaycan Dəmir Yolları" QSC-nin Yük daşımaları departamentinin Stansiyaların idarəedilməsi xidmətinin Qərb sahəsinin rəis müavini vəzifəsində çalışırmış.