Medianews.az
Yağış intensivləşəcək -<span style=color:red>XƏBƏRDARLIQ
148 baxış

Yağış intensivləşəcək -XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 7-si axşamdan 8-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən Medianews.az-a verilən məlumata əsasən, Azərbaycanın bəzi şərq rayonlarında yanvarın 7-dən 8-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Bizə qoşulun