Medianews.az
2025-ci ilin ən gülməli heyvan fotoları açıqlandı -
123 baxış

2025-ci ilin ən gülməli heyvan fotoları açıqlandı - FOTOLAR

Nikon Komedi Vəhşi Təbiət Mükafatlarının 2025-ci il qalibləri elan edilib.

Medianews.az xəbər verir ki, bu il müsabiqəyə 109 ölkədən 10 minə yaxın foto təqdim olunub. Bu da yarışmanın 10 illik tarixində rekord göstəricidir.

Müsabiqə 2015-ci ildə britaniyalı fotoqraf Paul Joynson-Hicks tərəfindən təsis edilib.

 

Münsiflərin xüsusi marağına səbəb olan fotolardan biri “Bəs yuvam haradadır?” adlı kadr olub.

 

Yarışmanın əsas mükafatına isə Ruandada çəkilmiş “Çak bir beşlik” adlı foto layiq görülüb. Şəkildə sisli dağlarda şou göstərən gənc erkək qorilla əks olunub. Foto Mark Meth Cohn tərəfindən çəkilib.

 

Gənclər kateqoriyasında (16 yaşadək) birinciliyi ABŞ-ın Meyn ştatında çəkilmiş “İstəksiz vəftiz” adlı qurbağa fotosu qazanıb.

 

 25 yaşadək fotoqraflar arasında isə hollandiyalı Paula Rustemeier-in “Rəqs meydanına!” adlı, oynayan qızıl tülküləri əks etdirən fotosu qalib olub.

Müsabiqədə həmçinin saçları dağılmış kimi görünən boz sincab, çevik dalış edən quş və Norveçdə səs-küylü dəniz quşlarının maraqlı anlarını əks etdirən fotolar da tamaşaçıların böyük rəğbətini qazanıb.

Medianews.az

Bizə qoşulun