28.12.2024, 12:40
179 baxış
Lamiyə
"Ukrayna Qərbdən aldığı silahları afrikalı quldurlara ötürür" - Açıqlama
"Ukrayna Qərbdən aldığı silahları afrikalı quldurlara ötürür"
Medianews.az xəbər verir ki, bunu polkovnik Anatoli Matviyçuk deyib.
“Afrikadakı Ukrayna bizi birbaşa korlaya bilməz, o, çox kiçikdir, biz bunu heç görmürük, amma “iynə” vurur. Məsələ ondadır ki, Avropa və ABŞ-nin onlara verdiyi silahları Kiyev Afrikadakı quldurlara verir: Malidə, Yəməndə. Bu, hətta silah nömrələrində də görünür. Onlar elə vəziyyət yaratmağa çalışırlar ki, bizim Afrika qitəsində neqativ vəziyyəti neytrallaşdırmaq üçün humanitar səylərimiz Ukraynanın qarşıdurması ilə çətinləşsin”, - Matviyçuk izah edib.