23.12.2024, 09:05
158 baxış
Lamiyə
Həddindən artıq naringi yemək olmaz – XƏBƏRDARLIQ
“Gündə 200-250 qramdan çox naringi qəbul etmək olmaz”
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu diyetoloq Antonina Starodubova deyib.
Həkim xatırladıb ki, naringilərin kalori miqdarı nisbətən azdır, yəni 100 qrama təxminən 38 kilokalori var.
Bununla belə, Starodubova vurğulayıb ki, hətta sağlam yetkinlərdə sitrus meyvələrinin həddindən artıq istehlakı psevdoallergik reaksiyaya səbəb ola bilər - bu, dəri döküntüsü və qaşınma ilə xarakterizə olunur.
Mütəxəssis qeyd edib ki, naringilər, eyni zamanda C vitamininin əla mənbəyidir. Onların tərkibində B vitaminləri, karotenoidlər - provitamin A, lif, minerallar, üzvi turşular və bioflavonoidlər var.
Paylaş: