“Azərbaycanda Dəmir Yumruq abidəsinin rəsmi müəllifi mənəm. Bu ideya müharibə zamanı yarandı. Cənab prezidentimiz hər dəfə yumruğunu erməniyə göstərəndə biz rəssamların gözünün önündə o bir əsər kimi təsvir olunurdu. Bu abidəni hazırlayandan sonra onun patentini əldə etdim. Azərbaycanda onu məndən başqa heç kimin hazırlamağa ixtiyarı yoxdur”

Bunu
Medianews.az-a açıqlamasında rəssam Elxan Əliyev deyib.
“Dəmir Yumruq abidəsini hazırlayandan sonra düşündüm ki, onu hardasa 4 yolda quraşdırım. Müharibə yeni qurtarmışdı, Hadruta dəvət aldıq. Oradakı hərbi hissənin rəhbərliyindən icazə aldım ki, olar burada quraşdırım?! Yerini təyin etdik, eskiz layihəsini seçdik. Eskiz layihəsini qızım hazırlamışdı, o vaxt məktəbdə oxuyurdu, indi universitetdə təhsil alır. Maketini təsdiqlədilər, 3 ay üzərində işlədik. Hadrut ermənilərin ürəyi, gözü sayılırdı, biz həmin abidəni ora ox kimi sancdıq. Cənab prezident gəlib oranı ziyarət etdi, şəhid abidə kompleksinə gül qoydu. Daha sonra Kəlbəcərdə, Laçında quraşdırdıq. Düzdür, Laçındakı hələ tam bitməyib, bir neçə işləri qalıb. Çox istərdim ki, Xankəndidə də bu abidə ucaldılsın”,- deyə Elxan Əliyev bildirib.
Elxan Əliyev daha sonra bütün abidələri şəxsi vəsait və dostlarının hesabına quraşdırdığını, bu işdə dəstəksiz olduğunu deyib:
“Mən istəyirəm ki, işğaldan azad olunmuş bütün bölgələrimizdə bunu ucaldım. Birinə gücümüz çatır. O qədər imkanlı xalq artistlərimiz var ki.. Onların gücü çatar buna. Müraciət etmişəm, amma imtina cavabı almışam. Mənə elə gəlir ki, hər bir azərbaycanlı buna dəstək olmalıdır. O qədər iş adamlarına demişəm.. Ad çəkmirəm, amma özləri bilir kimi deyirəm.. Dəstək olmadığı üçün Laçındakı abidə hələ tamamlanmayıb. Bu işdə mənə dəstək olanlar da az olmayıb. Müşfiq Abbasov, Bəhram Bağırzadə dəmir yumruq suvenirlərinin satışında mənə dəstək olublar. Bəzi rayonların İcra başçıları bizdəm həmin suvenirləri alıb, şəhid ailələri ilə görüşlərində onların valideynlərinə təqdim etdilər”.
Əli Əsgər
Medianews.az
[gallery jnewsslider="true" ids="733330,733331,733332"]