Medianews.az
Bakıda obyektdə yanğın məhdudlaşdırılıb -  <span style=color:red> VİDEO - YENİLƏNİB
192 baxış

Bakıda obyektdə yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb. Medianews.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək. 14:24 Sentyabrın 27-də saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib. İndiyədək hadisə ilə əlaqədar olaraq təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb. Əlavə məlumat veriləcək.   13:51 Bakının Xətai rayonu ərazisində, Xəzər TV-nin yaxınlığında yanğın başlayıb. “Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. Yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

Bizə qoşulun