Medianews.az
Trampdan maraqlı jest - Əsgər salamı marağa səbəb oldu -
72 baxış

Trampdan maraqlı jest - Əsgər salamı marağa səbəb oldu - VİDEO

36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi üçün Ankaraya gələn ABŞ Prezidenti Donald Tramp Ankara Hava Limanında Prezident Ərdoğan tərəfindən qarşılanıb.

Rəsmi qarşılama mərasimində türk əsgərlərinə türkcə "Merhaba asker" deyə səslənən Trampın bu jesti diqqət çəkib.

Musavat.com NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Türkiyəyə gələn ABŞ Prezidenti Donald Tramp Ankara Hava Limanında rəsmi mərasimlə qarşılanıb. Hava limanında Trampı Prezident Ərdoğan qarşılayıb, iki lider əl sıxaraq qısa müddət söhbət ediblər. Qarşılama mərasimində diqqət çəkən məqam Trampın türk əsgərlərinə ünvanladığı sözlər olub.

Rəsmi mərasim zamanı əsgərlərə yaxınlaşan Tramp türkcə "Merhaba asker" deyərək Mehmetçiyi salamlayıb. Trampın bu jesti kameralara saniyə-saniyə əks olunub.

Prezident Ərdoğanın dəvəti ilə Ankaraya gələn Tramp, 17 il sonra Türkiyəyə rəsmi səfər edən ilk ABŞ Prezidenti olub. Səfər çərçivəsində Trampın Beştəpədə saat 15:00-dan etibarən Prezident Ərdoğanla görüşməsi gözlənilir.

Ankaranın ev sahibliyi etdiyi 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsində təhlükəsizlik, müdafiə sənayesi, Ukrayna müharibəsi və regional inkişaflar başda olmaqla bir çox kritik mövzu müzakirə olunacaq. Paytaxtda zirvə ilə əlaqədar təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.

Bizə qoşulun