Bir neçə gündür ki, Zaqatala rayonunun dağlıq ərazilərində meşə yanğınları davam edir.
Medianews.az xəbər verir ki, yanğınla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdən yanğının sürətlə yayıldığı məlum olur.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, havanın isti və küləkli olması, relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirir. Hazırda yanğının söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və aviasiya dəstəsinin iki ədəd helikopteri, habelə ETSN-in Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edirlər.