Son zamanlar gərginliyin yüksək olduğu Türkiyə-Yunanıstan xəttində Afina rəhbərliyindən gərginliyi artıracaq addım atılıb.
Medianews.az xəbər verir ki, prezidentdən tutmuş nazirlərə qədər bütün səviyyələrdə gərginliyin yüksək olduğu əlaqələri qiymətləndirən Afina rəhbərliyi, 2020-ci ilə bənzər bir qaçqın böhranının yaşanmaması üçün sərhədlərini gücləndirməyə qərar verib.
Yunanıstan mətbuatında yer alan xəbərdə Yunanıstanın 2020-ci ildəki qaçqın böhranının bənzəri olmaması üçün sərhədə əsgər, polis və sahil mühafizə qrupları yığmağa başladığı bildirilib.
Polislərə müxtəlif kateqoriyalar üzrə hazırlıq təhsili verildiyi bildirilərkən, Meriç yaxınlığında məmur sayının artırıldığı da qeyd edilib. Digər tərəfdən, rəsmilər bu məntəqələrdən qaçqınların keçidlərinin ötən illə müqayisədə 20 faiz çox ola biləcəyini bildiriblər.
Qeyd olunub ki, Yunanıstan hakimiyyəti Xanthi və Rodop bölgələrində tədbirləri gücləndirib.
Ehtiyat tədbirləri arasında su şırnaqları yerinə İHA-larla müşahidənin tətbiq edildiyi, Meriç ətrafına da gözyaşardıcı qaz və səs bombalarının göndərildiyi bildirilir. Rəsmilər yeni sistemlərin də göndəriləcəyini bildirirlər.
Digər tərəfdən, Egeydən mümkün qaçqın axınına baxmayaraq, Yunanıstan səlahiyyətlilərinin bölgədə tədbirləri artırdığı da qeyd edilib. Rəsmilər bildiriblər ki, patrul qrupları da daha tez-tez müşahidələr aparır.
Leyla, Medianews.az