Şənbə, 2 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Baş verən hadisələr rəsmi Bakının səbrinin tükəndiyini göstərir”

XƏYALƏ
10/03/2022 15:30
A A
0
BAXIŞ
FacebookTwitterTelegram

“Son vaxtlar Xankəndi və ətraf bölgədə baş verən hadisələr rəsmi Bakının səbrinin tükəndiyini göstərir. Çünki bölgədə olan qanunsuz silahlı erməni dəstələrinin törətdiyi təxribatlar Azərbaycanın milli maraqlarını təhdid etməyə başlayıb. Üstəlik, Ermənistanın da səhnəarxasından bölgədəki erməni terrorçulara əlavə dəstək verməyə çalışdığı nəzərə çarpır”.

Bu sözləri siyasi şərhçi Elçin Xalidbəyli Medianews.az saytına açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, digər tərəfdən, Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan Rusiya sülhməramlı qüvvələri də üçtərəfli anlaşmalarla qarşılarına qoyulan missiyanı yerinə yetirmirlər. Əksinə, rus sülhməramlılar bölgədə gərginliyin artırılmasında xüsusi rol oynamağa başlayıblar.

 


“Hətta rus sülhməramlıların komandanı, general Volkovun Xankəndi və ətraf bölgədə “qaranlıq biznes şəbəkəsi” qurduğu barədə məlumatlar da mövcuddur. İddia olunur ki, öz “qaranlıq biznes şəbəkəsi”ni daha genişləndirməyə çalışan general Volkov erməni separatçılarla yaxından işbirliyi qurub, onların təxribatlarına dəstək olur.

Təbii ki, rəsmi Bakı silahlı erməni terrorçuların təxribatlarını və rus general Volkovun fəaliyyətini diqqətlə izləyir. Artıq bütün “qırmızı cizgilər” aşıldığından rəsmi Bakı da buna adekvat olaraq, hərəkətə keçmək qərarı verib. Atəşkəs rejimini pozan qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirilir. Rəsmi Bakı bu qətiyyətli addımlarla həm erməni separatşılarına, həm də rus sülhməramlılarına Xankəndi və ətraf bölgənin Azərbaycana məxsus olduğunu növbəti dəfə xatırladır”.
Siyasi şərhçinin sözlərinə görə, rəsmi Bakının yalnız xatırlatma ilə kifayətlənəcəyi qətiyyən inandırıcı görünmür.

“Belə ki, rəsmi Bakı üçtərəfli anlaşmaların icrasında israrlı olduğunu qabarıq şəkildə biruzə verir. Çünki Rusiya sülhməramlı qüvvələri üçtərəfli anlaşmaların tələbinə baxmayaraq, qanunsuz erməni silahlı dəstələrinin Xankəndi və ətraf bölgədən çıxarılmasını hələ də təmin etməyiblər.
İndi rəsmi Bakı öz mövqeyini nisbətən sərtləşdirməklə, həmin terrorçu dəstələrin elə bölgədəcə məhv edilə biləcəyinin mesajını verir. Üçtərəfli anlaşmalara riayət etməyən Rusiya sülhməramlı qüvvələri isə Azərbaycanın bu istiqamətdə atacağı addımlara müqavimət göstərmək hüquqları yoxdur. Çünki Azərbaycan ordusu tezliklə məhz rus sülhməramlıların yerinə yetirmədiyi üçtərəfli anlaşmaların uyğun maddələrini icra etməyə başlayacaq.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakının beynəlxalq qurumlara son müraciəti Azərbaycanın antiterror əməliyyatlarına hazırlaşmasının əlaməti də sayıla bilər. Çünki bu müraciətlə rəsmi Bakı bütün dünyaya məlumat verdi ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətindən hələ də imtina etməyib. Ermənistanın Laçın dəhlizindən hərbi məqsədlərlə istifadə etməsi barədə qeyd də bu baxımdan, böyük əhəmiyyət daşıyır. Çünki bununla rəsmi Bakı Ermənistanın Azərbaycana məsxus Xankəndi və ətraf bölgəyə canlı qüvvə və hərbi yüklər, silah-sursat daşıdığını birmənalı şəkildə bəyan edir. Bu isə o deməkdir ki, Ermənistanın və bölgədəki erməni separatçıların hərbi məqsədlərlə istifadə etdikləri Laçın dəhlizinin Azərbaycan ordusu tərəfindən tezliklə nəzarət altına alına biləcəyi də qətiyyən istisna deyil.
Bütün bunlar onu göstərir ki, qanunsuz erməni silahlı dəstələrinin təxribatları, rus sülhməramlıların üçtərəfli anlaşmaların tələblərinə riayət etməməsi, Ermənistanın Laçın dəhlizindən hərbi məqsədlərlə istifadə etməsi rəsmi Bakını qətiyyətli addımlar atmaq məcburiyyətində buraxıb. Ona görə də, yaxın vaxtlarda Azərbaycanın daha radikal addımlar ata biləcəyi, hətta Xankəndi və ətraf bölgədə geniş antiterror əməliyyatına başlayacağı tamamilə inandırıcı görüntülər almaqdadır”.

Leyla

Medianews.az

Tags: Elçin XalidbəyliXankəndi

DAHA ÇOX OXU

1-MANŞET

Litzenberger: “Azərbaycan və ABŞ regionun problemlərini həll etmək üçün birgə işləyə bilər”

01/07/2022
1-MANŞET

Zelenski: “Rusiya artıq Ukraynaya 3 minə yaxın raket atıb”

01/07/2022
export

“Edam cəzası gündəmə gələ bilər” – Ərdoğan

01/07/2022
Dünya

Rusiyalı alim vətənə xəyanətə görə saxlanıldı

01/07/2022
export

Rəqsanə qızının toyuna niyə gəlməyib? – Özü açıqladı

01/07/2022
1-MANŞET

Türkiyə və Ermənistan üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədləri açır – RAZILAŞMA

01/07/2022
SON XƏBƏR

Lavrov: Rusiya Ukraynadan BUNU İSTƏYİR

Rusiya Avropa Şurasından çıxdı

Pərvin sevgilisindən danışdı: "Üzünü görə bilmirəm, Azərbaycanda yaşamır" - VİDEO

Xəbər lenti

“Məni öldürmək fikrindədirlər” – Kamil Zeynallı

2022/07/01 23:40

Litzenberger: “Azərbaycan və ABŞ regionun problemlərini həll etmək üçün birgə işləyə bilər”

2022/07/01 23:15

Zelenski: “Rusiya artıq Ukraynaya 3 minə yaxın raket atıb”

2022/07/01 22:49

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

2022/07/01 22:35

“Edam cəzası gündəmə gələ bilər” – Ərdoğan

2022/07/01 20:30

Rusiyalı alim vətənə xəyanətə görə saxlanıldı

2022/07/01 20:24

Rəqsanə qızının toyuna niyə gəlməyib? – Özü açıqladı

2022/07/01 20:21

Türkiyə və Ermənistan üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədləri açır – RAZILAŞMA

2022/07/01 19:41

“Mən də tək kişilərlə şəkil çəkdirmirəm” – Şəbnəmə dəstək oldu

2022/07/01 19:08

Azərbaycanda avtomobillərin texniki baxışı ləğv edilir- AÇIQLAMA gəldi

2022/07/01 18:19

Bakıda ağır qəza: Avtobusla minik maşını toqquşdu, xəsarət alan var – VİDEO

2022/07/01 18:13

Meymunçiçəyini sağaldan dərmanların adı açıqlandı – siyahı

2022/07/01 18:02

Bu şəxslərə əlillik verilməyəcək

2022/07/01 17:54

Bakıda pasiyent burun əməliyyatı zamanı ölüb

2022/07/01 17:53

Xaçmazda yol qəzasında xəsarət alanlardan biri ölüb – VİDEO

2022/07/01 17:43

Cüneyt Arkının hamıdan gizlətdiyi SİRR AÇILDI – Qızı varmış…

2022/07/01 17:41

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

2022/07/01 17:29

ABD Malikə qarşı DƏLƏDUZLUQ: “Kartımdan 546 AZN oğurladılar” – FOTO

2022/07/01 17:22

“Barselona” Qrizmanla bağlı qərarını verdi

2022/07/01 17:20

Prezident mühüm Fərman imzaladı

2022/07/01 16:56

Naxçıvanla Türkiyə və İran arasındakı sərhədlər bağlanıb? – RƏSMİ AÇIQLAMA

2022/07/01 16:43

Afət Fərmanqızının şikayətini məhkəmə təmin etmədi

2022/07/01 16:20

İfaçı Mərdan yeni klipini təqdim etdi – Video

2022/07/01 16:13

Xalq artistini erotik videolarla şantaj etdilər – FOTO

2022/07/01 16:13

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.