Medianews.az
 1991-ci ildən bəri kimlər Azərbaycanın baş naziri olub?
254 baxış

1991-ci ildən bəri kimlər Azərbaycanın baş naziri olub?

Bəzi media quruluşları baş nazirin dəyişəcəyi ehtimalını irəli sürür. 2019-cu il oktyabrın 8-dən bu postu Əli Əsədov tutur.

1956-cı il təvəllüdlü Əli Əsədov iqtisad elmləri namizədidir. Milli Məclisin deputatı, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-administrasiyanın şöbə müdiri olub. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Medianews.az bildirir ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndən Azərbaycanda daha 8 şəxs baş nazir vəzifəsində çalışıb, 2 nəfər isə baş nazir səlahiyyətlərinin icraçısı olub.

1990-cı ilin yanvarından Nazirlər Sovetinin sədri olan Həsən Həsənov 1991-ci ilin fevralında baş nazir təyin edilib və 1992-ci ilin aprelinədək həmin postda qalıb.

1992-ci ilin aprelindən Feyruz Mustafayev baş nazir səlahiyyətlərini icra edib.

1992-ci ilin mayından 1993-cü ilin yanvarınadək Rəhim Hüseynov baş nazir olub.

1993-cü ilin yanvarından Əli Məsimli baş nazir səlahiyyətlərini icra edib.

1993-cü ilin aprel-iyun aylarında Pənah Hüseyn baş nazir olub.

1993-cü ilin iyunundan 1994-cü ilin oktyabrınadək Surət Hüseynov baş nazir postunu tutub.

1994-cü ilin oktyabrından Fuad Quliyev baş nazir səlahiyyətlərini icra edib, 1995-ci ilin mayında baş nazir təyin olunub, bu postda 1996-cı ilin iyulunadək çalışıb.

1996-cı ilin iyulundan Artur Rasizadə baş nazir səlahiyyətlərini icra edib, həmin ilin noyabrından 2003-cü il avqustun 4-dək və 2003-cü il noyabrın 4-dən 2018-ci il aprelin 21-dək baş nazir olub.

2003-cü ilin avqust-oktyabr aylarında İlham Əliyev, 2018-ci ilin aprelindən 2019-cu ilin oktyabrınadək Novruz Məmmədov baş nazirlik edib.

Medianews.az

Bizə qoşulun