Medianews.az
18 ay sonra ilk dəfə ayağa qalxdı -
296 baxış

18 ay sonra ilk dəfə ayağa qalxdı - FOTO

Türk kinosunun əfsanəvi simalarından olan Kadir İnanır ağır müalicə və reabilitasiya prosesindən sonra ilk dəfə ayaq üstə görüntülənib.

Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, beynində qan laxtası səbəbilə 24 mart 2024-cü ildə xəstəxanaya yerləşdirilən və uzun müddət reanimasiyada qalan 76 yaşlı aktyor təxminən bir ildir ki, fizioterapiya alır.

Sənətçini CHP İstanbul İl Şöbəsinin keçmiş sədri Canan Kaftancıoğlu ziyarət edib. Kaftancıoğlunun sosial şəbəkədə paylaşdığı fotoda Kadir İnanırın ayaq üstə durduğu və sağlam, enerjili göründüyü diqqət çəkir. 

Məlumata görə, Kadir İnanırın fizioterapiya prosesi bir müddət də davam edəcək. Onun yenidən çəkiliş meydançalarına qayıdıb-qayıtmayacağı isə hələlik açıqlanmayıb.

Bizə qoşulun