Medianews.az
10 ayda problemli kreditlər nə qədər artıb? -
91 baxış

10 ayda problemli kreditlər nə qədər artıb? - RƏQƏMLƏR

Mərkəzi Bank statistik bülleten yayıb. Hesabata görə, 2025-ci il noyabrın 1-nə Azərbaycanda 29,4 milyard manatdan çox kredit, 16 milyard manata yaxın əmanət rəsmiləşib, 22 bankın cəmi aktivləri 56,3 milyard manatı, cəmi öhdəlikləri 49,1 milyard manatı ötüb.

Ödəniş vaxtı keçmiş kreditlər 544,8 milyon manat göstərilir. Bu, ilin əvvəli ilə müqayisədə 95,7 milyon manat çoxdur. 2025-ci il 449,1 milyon manat problemli kreditlə başlamışdı.

Medianews.az bildirir ki, 2015-ci ilə 976,3 milyon manat məbləğində problemli kredit qeydə alınıb. Həmin ilin devalvasiyaları problemli kreditləri artırıb. 2016-cı ilə 1 milyard 508,5 milyon manat, 2017-ci ilə 1 milyard 472,6 milyon manat, 2018-ci ilə 1 milyard 626,7 milyon manat, 2019-cu ilə 1 milyard 585 milyon manat problemli kredit rəsmiləşib.

2019-cu ildə dövlət fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə devalvasiya kompensasiyaları verib.

2020-ci ilə ödəniş vaxtı keçmiş kreditlər 1 milyard 273,1 milyon manat, 2021-ci ilə 893,1 milyon manat, 2022-ci ilə 719,4 milyon manat, 2023-cü ilə 593,7 milyon manat, 2024-cü ilə 437,8 milyon manat olub.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun