"Zootopia 2" cizgi filminin kassa gəliri 1.7 milyard dollara çatıb.
Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, animasiya filmi nümayişindən təxminən iki ay sonra böyük uğura imza atıb.
Film Hollivud tarixində birinci, dünyada isə ikinci ən çox gəlir gətirən animasiya filmi adını qazanıb.
Bu arada, Çin istehsalı olan "Nezha Conquers the Dragon King" filmi təxminən 2.2 milyard dollar gəlir gətirərək animasiya filmləri arasında mütləq lider olaraq qalır. Bu gəlirin demək olar ki, hamısı daxili bazar hesabına əldə edilib.