Medianews.az
Zibil qabının yanında çörək yeyən qadın kameraları görüncə əsəbiləşdi -
40 baxış

Zibil qabının yanında çörək yeyən qadın kameraları görüncə əsəbiləşdi - VİDEO

İstanbulun Küçükçekmece rayonunda zibil qabının yanında çörək yeyərkən görüntülənən qadınla yerli televiziya müxbirləri arasında gərgin anlar yaşanıb.

Medianews.az xəbər verir ki, hadisənin şahidləri qadının yoldan keçən insanların diqqətini cəlb etmək və onların emosiyalarından istifadə etmək məqsədilə bu addımı atdığını iddia ediblər.

Məlumat əsasında əraziyə gələn yerli media nümayəndələri qadınla danışmağa cəhd göstəriblər.

Görüntülərdə müxbirlərin yaxınlaşdığını görən qadının çəkilişə etiraz etdiyi əks olunub. O, kameraya çəkilmək istəmədiyini bildirərək müxbirlərdən uzaqlaşmağı tələb edib.

Hadisə yerində olan jurnalistlər isə qadına həqiqətən yardıma ehtiyacı olduğu təqdirdə vəziyyətinin aidiyyəti dövlət qurumlarına, o cümlədən rayon qubernatorluğuna çatdırıla biləcəyini bildiriblər. Müxbirlər rəsmi kanallar vasitəsilə sosial yardım göstərilməsinin mümkün olduğunu qeyd ediblər.

Lakin qadın bu təklifə də mənfi reaksiya verərək kameraların söndürülməsini tələb edib. Tərəflər arasında yaranan gərginlik anbaan lentə alınıb.

Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub. Bəzi istifadəçilər qadının davranışını insanların yardımsevərliyindən sui-istifadə kimi qiymətləndirib, digərləri isə şəxsin vəziyyəti araşdırılmadan onun haqqında qəti nəticəyə gəlməyin düzgün olmadığını vurğulayıblar.

Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.

Medianews.az

Bizə qoşulun