Onkoloq Vladimir İvaşkov sağlamlığa mənfi təsir göstərən üç səhər vərdişindən uzaq durmağı tövsiyə edib.
Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, acqarına qəhvə içmək stress hormonu olan kortizolun səviyyəsini artıraraq narahatlıq və əsəbilik yarada bilər. O, həmçinin ibuprofen və aspirin kimi iltihabəleyhinə dərmanların acqarına qəbulunun mədə xorası riskini yüksəltdiyini bildirib.
İvaşkov əlavə edib ki, səhər yeməyi etmədən ağır idman məşqləri də orqanizmə zərər verə bilər. Araşdırmalara əsasən, acqarına edilən intensiv məşqlərdə performans azalır və bədənin bərpası daha çətin olur.
Mütəxəssis ağır məşqdən 1–1,5 saat əvvəl zülal və karbohidrat tərkibli yüngül qida qəbul etməyi məsləhət görüb.
Medianews.az