Medianews.az
Zelenski növbəti üçtərəfli danışıqların harada keçiriləcəyini
81 baxış

Zelenski növbəti üçtərəfli danışıqların harada keçiriləcəyini açıqladı

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli danışıqların növbəti raundu yenidən İsveçrədə keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

“Mən vurğulamaq istəyirəm ki, növbəti görüş də İsveçrədə baş tutacaq. Bu gün üçün məndə olan bütün məlumat budur”, – deyə o, britaniyalı jurnalist Pirs Morqana müsahibəsində bildirib.

Müsahibə jurnalistin "YouTube" kanalında yayımlanıb. Zelenski növbəti danışıqlar raundunun nə vaxt keçiriləcəyi və hansı tərkibdə baş tutacağı barədə məlumat verməyib.

Bizə qoşulun