Medianews.az
Sülh başqa, dostluq başqa -
65 baxış

Sülh başqa, dostluq başqa - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, onun Rusiya prezidenti Vladimir Putinə şəxsi münasibəti Kiyevin sülh sazişi imzalamaq istəyinə mane olmur.

Medianews.az xəbər verir ki, Zelenski bunu “Politico”ya müsahibəsində deyib.

Ukrayna lideri vurğulayıb ki, heç kim dostluq münasibətinin qurulmasından danışmır: “Putin bizi işğal etməyə çalışdı. Biz cavab verdik və o, çoxlu əsgər itirdi. Mənim ona münasibətim tamamilə başadüşüləndir. Amma bizə sülh lazımdır. Sülh emosiyalara bağlı deyil. Nifrət isə emosiyaddır”.

Zelenski qeyd edib ki, sülh müqaviləsi konkret bir sənəddir və insanlara yaşamaq, münaqişəyə son qoymaq imkanı verərdi.

Medianews.az

Bizə qoşulun