Medianews.az
Yuxuya gedərkən niyə yıxılma hissi keçiririk? -
50 baxış

Yuxuya gedərkən niyə yıxılma hissi keçiririk? - Həkim açıqladı

Həkim Əmir Xan insanların yuxuya gedərkən qəfil yıxılma hissi yaşamasının səbəbini izah edib.

Medianews.az xəbər verir ki, bu zaman bədənin əzələləri boşalır və beyin bunu səhvən yıxılma kimi qəbul edə bilər.

Həkimin sözlərinə görə, beyin təhlükə olduğunu düşünərək bədənə ani siqnal göndərir və insan qəfil oyanır. Bəzi alimlər bunun qədim dövrlərdən qalan sağ qalma refleksi olduğunu bildirirlər.

Əmir Xan qeyd edib ki, bu hal zərərsizdir və daha çox yorğunluq, stress və ya axşam saatlarında kofein qəbul edildikdə baş verir.

Medianews.az

Bizə qoşulun