Medianews.az
Yuri Vernidub "Neftçi"də nə qədər
73 baxış

Yuri Vernidub "Neftçi"də nə qədər maaş alacaq?

"Neftçi" klubu ukraynalı baş məşqçi Yuri Vernidubla bir neçə həftə davam edən danışıqlardan sonra razılığa gəlib.

Oxu.Az Ukrayna mediasına istinadən xəbər verir ki, klub Verniduba altı aylıq müqavilə təklif etsə də, məşqçi bu təkliflə razılaşmayıb.

KİV-in məlumatına görə, artıq Vernidubla ilyarım müddətinə müqavilə imzalanıb və onun maaşı ayda, təxminən, 50 min dollar olacaq. Bu da onu yerli çempionatda ən çox maaş alan məşqçilərdən birinə çevirir.

Qeyd edək ki, Vernidub komandası ilə birlikdə artıq Bakıya gəlib. Ötən gün keçirilən "Sabah" - "Neftçi" (2:0) qarşılaşmasını da izləyib.

Bizə qoşulun