Medianews.az
Yunanıstanda zəlzələ
76 baxış

Yunanıstanda zəlzələ baş verdi

Yunanıstanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Medianews.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Larisa şəhərindən 155 km qərbdə yerləşib.

Həmin şəhərdə təxminən 144 min nəfər yaşayır. Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bizə qoşulun