Medianews.az
Yüksək natrium qəbulu ürək çatışmazlığı riskini
97 baxış

Yüksək natrium qəbulu ürək çatışmazlığı riskini artırır

Vanderbilt Universitetinin alimləri müəyyən ediblər ki, gündəlik natrium qəbulunun 4 000 milliqramdan çox olması ürək çatışmazlığı riskini ciddi şəkildə artırır.

Medianews.az oxu.az-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri Amerika Kardiologiya Kollecinin "JACC: Advances" jurnalında dərc olunub.

25 300-dən çox insanın məlumatlarının təhlili göstərib ki, iştirakçılar gündə orta hesabla 4 269 milliqram natrium qəbul edirlər. Bu isə tövsiyə olunan gündəlik normadan (2 300 mq) təxminən iki dəfə çoxdur. Qeyd olunur ki, bədənə daxil olan natriumun böyük hissəsi məhz xörək duzundan alınır.

Tədqiqatçılar aşkar ediblər ki, duzun bu səviyyədə qəbulu ürək çatışmazlığı riskini 15% artırır. Hesablamalara görə, gündəlik rasiona əlavə edilən hər 1 000 milliqram natrium xəstəliyin inkişaf riskini daha 8% yüksəldir.

Ürək çatışmazlığı ürəyin bədəni lazımi miqdarda qanla təmin edə bilmədiyi patoloji vəziyyətdir.

Alimlərin fikrincə, duz qəbulunun cüzi miqdarda azaldılması belə ürək sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Hesablamalar göstərir ki, gündəlik natrium qəbulunun 4 000 milliqrama və ya daha aşağı səviyyəyə endirilməsi növbəti on il ərzində ürək çatışmazlığı hallarını təxminən 6.6% azalda bilər.

Bizə qoşulun