Medianews.az
"YouTube"un işində problem
93 baxış

"YouTube"un işində problem YARANDI

"YouTube" platformasının işində böyük problemlər yaranıb.

Musavat.com xəbər verir ki, məlumatı "Downdetector" yayıb.

Bildirilir ki, bir neçə ölkədəki yüz minlərlə istifadəçi "YouTube"da fasilələr barədə məlumat veriblər.

Ən çox şikayət ABŞ-dadır - 320 mindən çox. İstifadəçilərin 18 faizii veb sayt problemləri, 16 faizi video yayımı ilə bağlı problemlər və 56 faizi tətbiq problemləri barədə məlumat verib.

"Downdetector"a görə, Böyük Britaniya, Almaniya, İtaliya və Fransada da xidmətlərdə əhəmiyyətli fasilələr yaşanıb.

Böyük Britaniyada 37.000-dən çox istifadəçi video hostinq saytından şikayət edib, Almaniyada təxminən 7.000, İtaliyada isə 5.000-dən çox istifadəçi şikayət edib.

Bizə qoşulun