Medianews.az
Yer kürəsini maqnit qasırğası
60 baxış

Yer kürəsini maqnit qasırğası vuracaq

Martın 31-də güclü partlayışdan qaynaqlanan plazma buludu Yer kürəsini vuracaq və bu da maqnit qasırğasına səbəb olacaq.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.

Daha əvvəl isə Tətbiqi Geofizika İnstitutundan bildirilmişdi ki, Günəşdə təxminən iki aydan sonra ilk dəfə ən yüksək X1.5 sinfindən partlayış baş verib.

"Ümumi fikir budur ki, plazma buludu ehtimal ki, bu axşam planetin kənarından dəyəcək və orta səviyyəli maqnit qasırğaları yaradacaq. Proqnozlaşdırılan təsir gücü, kənar hadisələrində tez-tez olduğu kimi, geniş diapazonlarda dəyişir: bəzi yayılma bucaqlarda plazma ümumiyyətlə gəlməyə bilər, bəzilərində isə G4 səviyyəsinə qədər maqnit qasırğaları mümkündür", - deyə hesabatda bildirilib.

Plazma buludu axşam saatlarında gələcəyi üçün intensiv qütb parıltılarının başlaması, demək olar ki, şübhəsizdir./oxu.az

Bizə qoşulun