2030-cu ilədək Bakıda 10 yeni metro stansiyası tikilib təhvil veriləcək. Bu plana bənövşəyi xəttin Ağ Şəhərə kimi, yaşıl xəttin isə "Həzi Aslanov" stansiyasına kimi uzadılması daxildir. Stansiyaların yerləri də seçilib, müəyyənləşdirilib. B8 stansiyası Ağ şəhərin şimalında yerləşəcək.
Medianews.az Xəzər TV-yə istinadən xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, 2016-cı ildən fəaliyyətə başlayan bənövşəyi xəttin inkişafının sonuncu mərhələsi onun Ağ Şəhərədək çatıdırılmasıdır.
Ekspert bildirib ki, b8 stansiyası ətraf ərazidə yaşayanların rahat hərrəkətini təmin etmək və tıxacı aradan qaldırmaqda böyük rol oynayacaq.
"Bakı Metropoliteni" QSC-dən isə bildirilib ki, b8 stansiyasının tikiləcəyi ərazidə hələ ki heç bir nişanlanma yoxdur. Stansiyanın 2030-cu ilə qədər tikilib təhvil verilməsi nəzərdə tutulub. // Milli.Az