Medianews.az
Yeni "iPhone 18 Pro"nun görüntüləri
93 baxış

Yeni "iPhone 18 Pro"nun görüntüləri yayıldı

Yeni nəsil "iPhone 18 Pro"  modeli ilə bağlı görüntülər internetə sızdırılıb.

Medianews.az xəbər verir ki, tanınmış insayder Sonny Dickson gələcək flaqman modelin maket fotolarını paylaşıb.

Bundan əvvəl cihazın ehtimal olunan rənglərini əks etdirən renderlər də yayılsa da, yeni fotolar həmin məlumatları böyük ölçüdə təsdiqləyir.

Sızan məlumatlara görə, "iPhone 18 Pro" qara, gümüşü, açıq mavi və yeni albalı rəngində təqdim oluna bilər.

İstifadəçilərin sosial şəbəkələrdəki reaksiyalarına əsasən, ən böyük maraq məhz yeni albalı rəngli versiyaya yönəlib.//Bakıvaxtı.az

Bizə qoşulun