Medianews.az
Yeddi il sonra efirə qayıdır -
254 baxış

Yeddi il sonra efirə qayıdır - A.B.İ başlayır

Türkiyənin tanınmış aktyoru Kenan İmirzalıoğlu yeddi il sonra yeni seriallla efirə qayıdır. 

“Qafqazinfo” xəbər verir ki, 51 yaşlı sənətçi ATV-də başlayacaq yeni A.B.İ (Ailə Bir İmtahandır) serialının baş qəhrəmanlarından biri olacaq. 

İlk anonsu yayımlanan serialda İmirzalıoğlu illər sonra ailəsinin yanına qayıdan və yanlışlarla dolu keçmişi ilə üzləşməli olan Doğan Hancıoğlu obrazını canlandıracaq. A.B.İ-nin əsas süjet xətti isə ailə münasibətləri, vicdan və insanın öz keçmişi ilə hesablaşmasından bəhs edir.

Kənan İmirzalıoğlunun serialdakı tərəf müqabili isə Afra Saraçoğludur. Bundan əvvəl “Yalı Çapkını”nında məşhurlaşan Afra burada hüquqşünas Çağla Öncü rolunu oynayacaq.

İlk anonsu ilə böyük maraq doğuran serial barədə yeganə narahatlıq Kənanla Afranın 23 illik yaş fərqidir. Çünki bəzi izləyicilər 51 və 28 yaşlı cütlüyün uyumlu olmayacaqlarını düşünürlər.

İlk görüntülərə gələn reaksiyalar onu deməyə əsas verir ki, yaxında yayımlanmağa başlayacaq A.B.İ iki mövsümdür reytinq zirvəsində yer alan “Uzak Şehir” və “Eşref Rüya” kimi seriallara ciddi rəqib ola bilər.

Qeyd edək ki, Kənan İmirzalıoğlu sonuncu dəfə 2018-ci ildə “Mehmed: Bir Cihan Fatihi” serialında yer alıb. Daha əvvəllər isə “Deli Yürek”, “Acı Hayat”, “Karadayı” və ən əsası Türkiyənin ən yaxşı iki serialından biri sayılan “Ezel”də baş rolda oynayıb.

Bizə qoşulun