Medianews.az
Yazda qripdən qorunmağın
203 baxış

Yazda qripdən qorunmağın sadə YOLLARI

Rusiyalı həkim Mariya Çaxnaşvili yaz aylarında qripə yoluxma riskini azaltmağın yollarını açıqlayıb.

Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, illik peyvəndlə yanaşı, sadə gigiyena qaydalarına əməl etmək də infeksiya riskini azaldır.

O vurğulayıb ki, ictimai yerlərdən sonra əlləri sabunla yumaq və ya dezinfeksiyaedici vasitələrdən istifadə etmək vacibdir.

Mütəxəssis həmçinin xəstə insanlarla yaxın təmasdan qaçmağı, zəruri hallarda maska taxmağı tövsiyə edib.

Mariya Çaxnaşvili əlavə edib ki, kifayət qədər yuxu, balanslı qidalanma, fiziki aktivlik və stressin idarə olunması da qrip və digər infeksiyalara yoluxma riskini azalda bilər.

Medianews.az

Bizə qoşulun