Yay aylarında evlərin həddindən artıq isinməsinin qarşısını almaq üçün İspaniya və İtaliya sakinləri maraqlı bir üsuldan istifadə edirlər: pəncərə önünə su ilə doldurulmuş şüşə və ya qab qoyurlar.
Medianews.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, su yüksək istilik tutumuna malik olduğundan ətrafdakı istiliyi özündə toplayır və daha gec qızır. Bu isə otağın temperaturunun daha sabit qalmasına və isinmə prosesinin müəyyən qədər ləngiməsinə kömək edir.
Bununla yanaşı, günəş düşən tərəfdə pərdələri və jalüzləri bağlı saxlamaq, pəncərələri yalnız axşam və gecə saatlarında açmaq da tövsiyə olunur. Qarşılıqlı pəncərələri açaraq hava axını yaratmaq və ventilyatorun qarşısına buz və ya yaş dəsmal qoymaq da sərinlik hissini artırır.
Mütəxəssislər bildirirlər ki, su şüşəsi kondisioner qədər təsirli olmasa da, digər üsullarla birlikdə istifadə edildikdə istinin təsirini azaltmağa kömək edə bilər.
Medianews.az