Medianews.az
Yasda kütləvi zəhərlənmə
100 baxış

Yasda kütləvi zəhərlənmə - Aralarında uşaqlar da var

Samux rayonunda keçirilən yas mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hadisə rayonun Lək kəndində qeydə alınıb.

İlkin məlumata görə, mərasimdə iştirak edən 21 nəfər qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Onlara dərhal tibbi yardım göstərilib. Hazırda zəhərlənənlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Məlumata görə, zəhərlənənlər arasında azyaşlılar da var. (Qafqazinfo)

Bizə qoşulun