Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara Rusiya ilə münasibətlərin qorunmasının vacibliyini bəyan edib.
Medianews.az-ın məlumatına görə, o bildirib ki, iki ölkə qonşu dövlətlər olduğu üçün ikitərəfli əlaqələrin saxlanılması vacibdir.
O qeyd edib ki, Yaponiya Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı sanksiya siyasətini davam etdirəcək. Amma buna baxmayaraq, Rusiyada işləyən yapon şirkətlərinə dəstək verməyi dayandırmayacaq.
Medianews.az