İspaniya millisinin oyunçusu Lamin Yamal ad günündə özünə hansı hədiyyəni etmək istədiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, iyulun 13-də 19 yaşı tamam olan gənc ulduz DÇ-2026-nın yarımfinalında Fransaya qalib gəlməyi və Nyu-Yorkda keçiriləcək finala vəsiqə qazanmağı arzulayır.
Qeyd edək ki, bu gün – iyulun 14-ü, Bakı vaxtı ilə saat 23:00-da ABŞ-nin "Eyt-ti-end-ti" stadionunda İspaniya və Fransa milliləri final biletinin sahibi müəyyənləşdirmək üçün üz-üzə gələcək. Qarşılaşmanı salvadorlu hakim İvan Barton idarə edəcək.
Medianews.az